Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin


Vertolyot qəzası arxiv fotosu

Vertolyot qəzası arxiv fotosu

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

20:44 20.11.2015

Bu günki AzadlıqLive-da:

20 noyabr 1991-ci il. Vertolyot qəzası. "O qəzada bəzi meyitlər yox idi"

Ağacda qalan xurmalar

Şahdağda istirahət Londondan bahadır

19:40 20.11.2015

Şahdağda 5 gün - 600 manat

Müqayisə üçün: Dubaya 4 gün 3 gecəlik istirahətin qiyməti 570 manat, Gürcüstanda Bakurianiyə 375 manat, Londona 5 gün 4 gecəlik istirahət 670 manat, Tailanda isə 7 gecəlik istirahət 900 manatdır. Bu qiyməyə təyyarə bileti də daxildir.

19:34 20.11.2015

Ağacda qalan xurmalar

“İki həyətimdə 20-dən çox xurma ağacı var. Hamısı da meyvə gətirib. Bəziləri korolyokdur, yəni indi yeyiləsidir, bəziləri isə dəyir, sonra yeyirsən. Keçən il Rusiyaya mal aparanlar gəldi, yeşiyini 3 manatdan verdim. Hardasa 12-14 kilo gəlir. İndisə 2 manatdan istədilər, heç əziyyətinə dəymir”. Ətraflı burada

Rəsmi statistikaya görə, ölkədə xurma istehsalı 2011-ci ildə 146 min ton olmuşdusa, keçən il 140 min tona düşüb. İstehsalın azalması xurmanın əsas vətəni olan Gəncə-Qazax iqtisadi regionunda da müşahidə olunur. İki il əvvəl regionda 62 min tondan artıq xurma istehsal edilmişdisə, 2014-cü ildə istehsal 2500 ton azalıb.

17:06 20.11.2015

Malidə 80 girov azad olunub

Malinin paytaxtı Bamakodakı oteldə girov götürülmüş 170 nəfərdən 80-ni azad edilib. Həmçinin girov götürənlərdən 3-nün öldürüldüyü xəbər verilir. Polis və xüsusi təyinatlı qüvvələr əməliyyatı davam etdirirlər. Hadisə yerinə BMT-nin sülhməramlı əsgərləri və Malidə islamçı yaraqlılara qarşı mübarizə aparan Fransa əsgərləri də gətirilib.

Fransa girov böhranını yoluna qoymaq üçün Maliyə elit birləşmələr göndərir.

Təhlükəsizlik xidmətinin məlumatına görə, 10-a yaxın cihadçı diplomatik nişanlı maşınlarla hotelin ərazisinə girib və içəri daxil olaraq 7-ci mərtəbədə atəş açmağa başlayıblar.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG