Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:48

Dağlıq ərazilərdə qar yağacaq


Qar.
Qar.

-

Noyabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 17-də yağış yağacağı, duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

XS
SM
MD
LG