Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

Putin və Obama görüşüb


Barack Obama və Vladimir Putin.
Barack Obama və Vladimir Putin.

-

Antalyada G-20 sammitinə qatılan Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barack Obama noyabrın 15-də qeyri-rəsmi görüş keçiriblər.

Ağ Evin məlumatına görə, iki ölkə başçısı Suriya konfliktinin həlli ilə bağlı müzakirə aparıb. Obama və Putin razılaşıblar ki, Suriyada atışmanı dayandırmaq vacibdir. Qeyri-rəsmi söhbətə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Susan Rice və tərcüməçi də qatılıb.

Ağ Evin məlumatında o da deyilir ki, iki rəhbər həm də Ukraynadakı konflikti müzakirə ediblər, Obama rusiyalı həmkarına Misirdə təyyarə qəzası ilə bağlı başsağlığı verib.

XS
SM
MD
LG