Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:36

Türk nəşriyyatı oxucusundan üzr istəyir


Can Öz
Can Öz

- "Uşağın ağladığı da doğrudur"

İstanbul Beynəlxalq Kitab Sərgisində 13 yaşlı bir uşaq daha çox uşaq kitabları nəşr etməsilə tanınan bir nəşriyyatın (Can) stendindən kitab oğurlamaqda ittiham edilib, üst-başı axtarılıb, işçilərlə uşağın ailəsi dalaşıblar.

Bu hadisə Türkiyədə böyük əks-səda verib. Bu gün "Can Yayınları" nəşriyyatının direktoru Can Öz açıqlama yayıb:

“Dünən sərgidə xoşagəlməz hadisə olub. 13 yaşlı uşaq kitab oğurlamaq ittihamıyla saxlanıb, üstündə axtarış aparılıb, kitab oğurlamadığı ortaya çıxandan sonra işçilərlə uşağın ailəsi arasında gərginlik yaşanıb. Uşağın ağladığı da doğrudur.

Hadisədən xəbər tutandan bəri xırdalıqlarına qədər araşdırdım, sərginin təhlükəsizlik işçilərilə, şahidlərlə, stendimizdə işləyənlərlə və əlbəttə, uşağın yaxınlarıyla, uşağın özüylə görüşdüm.

Nəticədə açıqlama verməyə borcluyam ki, bizə bu haqda sosial mediada və email yazaraq etirazını bildirən oxucular çox haqlıdırlar. Mən də onların yerində olsam, etiraz edərdim, hesabat istəyərdim.

İndi hesabat vermək məsuliyyəti mənimdir.

Bu uşağı üzən üç işçimizlə yollarımızı ayırdıq. Bu xoşagəlməz hadisənin onlara dərs olmasını, yollarının açıq olmasını diləyirəm. Sərgi işçilərinin seçimi və idarəetməsilə bağlı onu deyə bilərəm ki, bir daha bənzər hadisənin təkrarlanmamasını təmin edəcəyəm.

Kiçik oxucumuzun kitabdan və sərgidən qopmaması artıq mənim məsuliyyətimdir.

Nəşriyyatımızın stendinə yaxınlaşan hər oxucu yoluna məmnun davam etməlidir. İndiyə qədər bunu təmin etdiyimi düşünürdüm.

Ən vacib məsələ isə budur: kiçik oxucunun atasıyla və qardaşıyla görüşdüm, hər birindən dönə-dönə üzr istədim. Özümü borclu hiss etdiyimi, uşağın məktəb xərcini verməyə, məktəbdə kitabxana qurmağa və daha çox şeyə hazır olduğumu dedim, amma istəmədilər.

Anlayış göstərdikləri üçün təşəkkür edirəm. Bir ildən sonra qəbul etsələr, İstanbul Kitb Sərgisinə birlikdə qatılacağıq, onlara sərgini gəzdirəcək, kitablar tövsiyə edəcəyəm.

Kiçik oxucumuzun kitabdan və sərgidən qopmaması artıq mənim məsuliyyətimdir.

XS
SM
MD
LG