Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:33

İslandiyada şahmat üzrə Avropa çempionatı davam edir. Çempionatda 35 kişi və 30 qadın komandası mübarizə aparır.

Azərbaycan turnirdə hər iki komanda ilə təmsil olunur. Azərbaycanın kişilərdən ibarət yığması ikinci turu da qələbə ilə başa vurub. Bu turda yığma Danimarka komandasını 3,5:0,5 hesabı ilə məğlub edib. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Arkadi Naydiç qələbə qazanıb, Rauf Məmmədov isə heç-heçə edib.

İtaliya komandası ilə qarşılaşan Azərbaycanın qadın yığması isə bu turda rəqibə uduzub: 1,5:2,5. Yalnız Gülnar Məmmədova qələbə qazanıb. Xəyalə Abdulla heç-heçə oynayıb, Zeynəb Məmmədyarova və Nərmin Kazımova isə uduzublar.
Avropanın şahmat üzrə hazırkı çempionu kişilər arasında Azərbaycan, qadınlar arasında isə Ukrayna yığmalarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG