Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvü Hidayət Heydərov Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

73 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu ilk görüşdə Moldova təmsilçisi George Blanarunu məğlub edib. Rusiyalı Arbi Xamxoyevə, ukraynalı Artyom Xomulaya da qalib gələn H.Heydərov yarımfinalda İtaliya cüdoçusu Antoniyo Espozitoya uduzub. Üçüncü yer uğrunda görüşdə Montoneqro nümayəndəsi Nikola Qusiç üzərində qələbə qazanan Hidayət Heydərov Avropa birinciliyinin bürünc medalına sahib olub.

Avropa birinciliyində çıxış edən Azərbaycan idmançılarının üç medalı var. Davud Məmmədov (60 kq) gümüş, Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG