Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:47

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti olacaq.

Azərbaycan rayonlarında yağmursuz hava olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG