Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:35

Erdoğan: "Terrorun dini yoxdur"


G-20 sammiti
G-20 sammiti

Antalyada keçirilən G-20 sammiti çərçivəsində ABŞ prezidenti Barack Obama ilə Türkiyə prezidenti Receb Tayyip Erdogan görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Erdogan deyib ki, Obama ilə İŞİD-lə mübarizə məsələsi haqda danışıblar: “Koalisiya qüvvələri çərçivəsində bundan sonra atacağımız addımları da müzakirə etdik. Terrorun dini, irqi, milləti vətəni toxdur”.

Barack Obama deyib ki, Ankaradakı terror hücumlarında olduğu kimi Parisdəki terror hadisələrində də dinc adamlar hədəf seçilib: “Bunlar bütün insanlığa qarşı olan hücumlardır”.

Obama deyib ki, Türkiyə həm İraqda, həm də Suriyada İŞİD-lə mübarizədə əhəmiyyətli ortaqdır: “Türkiyə-Suriya sərhəddində İŞİD təhdidi ilə necə mübarizə aparacağımızı müzakirə etdik. Türkiyədə 2 milyon qaçqın var. ABŞ Suriya xalqına humanitar yardım göstərən əsas ölkələrdən biridir. Digər ölkələr nələr edə bilər, bundan da danışdıq”.

Sammiti 11 min polis qoruyur

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində G20 (Böyük İyirmilik) Zirvə toplantısı başlanıb.

Sammitdə 12 dövlət başçısı, 11 baş nazir və 2 Avropa Birliyinin lideri iştirak edir. Tədbirə 500-ə yaxın iş adamı daxil olmaqla, ümumilikdə 13 min nəfər qatılacaq.

Toplantı ilə bağlı Antalyanın Belek bölgəsi “təhlükəsiz ərazi” elan edilib.

Dünya liderlərinin təhlükəsizliyini 11 mini polis olmaqla, 12 min nəfərlik heyət qoruyur.

Sammitdə ABŞ prezidenti Barack Obama, Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz, Türkiyə prezidenti Receb Tayyib Erdogan, Rusiya prezidenti Vladimir Putin iştirak edir.

Liderlər dünyadakı iqtisadi və siyasi hadisələri müzakirə edəcək.

G20 sammitində Azərbaycanı İlham Əliyev təmsil edir.

Sammit noyabrın 16-da davam edəcək.

XS
SM
MD
LG