Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:57

270 Amerika şəhərində minimal əmək haqqını iki dəfə - saatda 15 dollara çatdırmaq tələbi aktualdır. Fəalların fikrincə, məhz bu qədər maaş minimum yaşayışı təmin edə bilər.

Aksiya iştirakçıları aptek və restoranlarda çalışır, uşaqlara və ahıllara baxırlar. Və bunun üçün minimal əmək haqqı alırlar. Bu gün Nyu-Yorkda bu işin dəyəri 8 dollar 75 sent, dövlət qulluqçularından isə minimal əmək haqqı 7,5 dollardır.

“Birtəhər keçinirik”

Dünyanın ən bahalı şəhərlərindən olan Nyu-Yorkda bu pulla yaşamaq olduqca çətindir. Karlos Vidjalb artıq iri aptek şəbəkələrinin birində 15 ildir çalışır və saatına 11 dollar qazanır. “Bu maaşa müstəqil yaşaya bilmirəm. Anam və qardaşımla yaşayıram. Ümumi qazancla xərclərin öhdəsindən birtəhər gəlirik”, - o deyir.

Bir çoxu iki yerdə işləyir, amma yenə də onlar yoxsulluqdan çıxa bilmirlər. Üç il əvvəl onlar saata 15 dollar əmək haqqı tələbini irəli sürməyə başladılar və həmkarlar ittifaqları da bu tələbi dəstəklədi. Bu tələbi irəli sürənlər arasında çoxlu rusdilli immiqrant var.

Etirazçılar 3 il əvvəl belə bir tələb irəli sürəndə, onun reallaşa biləcəyinə inam az idi. Ancaq artıq siyasi elitanın yuxarı dairələrində aksiyaçıları dinləyirlər.

Tələb reallığa çevrilir

Nyu-York ştatının qubernatoru Endrew Kuomo çıxış etdiyi mitinqlərin birində bəyan edib ki, dövlət müəssisələrində əmək haqqı saata 15 dollara çatdırılıb. O, Franklin Ruzveltdən sitat gətirib ki, əgər tam ştat işləyirsənsə, qazancın sənin ləyaqətli həyat sürməyinə şərait yaratmalıdır.

Qubernator Kuomo artıq McDonald"s kimi fast-food restoranlarda minimum əmək haqqının qaldırılmasına nail olub. Qubernator ümid edir ki, digər ştatlar da Nyu-Yorkun izi ilə gedəcək: “Biz bunu Nyu-Yorkda edirik və digərləri təəccüblənir ki, sən demə, bu mümkünmüş. Və digər ştatlar da düşünəcək ki, biz niyə etməyək”.

Qubernatorun qərarı ilə Nyu-Yorkda 10 minə yaxın işçinin əmək haqqı qaldırıb. Ancaq Kuomo deyir ki, onlar maaşların da qaldırılmasına cəhd göstərəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG