Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

- Fransada ixtira olunan və Qrenobl şəhərində yeni tətbiq olunan hekayə avtomatlarında fransızlar iki həftədə 10 min dəfədən çox hekayə çap ediblər.

Pulsuz işləyən bu avtomatlarda istifadəçilər 1, 3 və 5 dəqiqəlik qısa hekayələr, şeirlər və komikslər seçə bilirlər.

Avtomat üçün 600 qısa əsər Short Édition nəşriyyatının səhifəsində online səsverməylə 600 min qısa əsər arasından seçilib.

Amma istifadəçilər hansı hekayəni oxumaq istədiklərini sifariş edə bilmirlər, mətnlər avtomatın daxili təsadüfi seçimilə çap olunur.

Fransızlar avtobusda, tramvayda, metroda keçən qeyri-məhsuldar, “ölü vaxtı” doldurmaq üçün bunu yaxşı üsul hesab edirlər.

Bu il bu texnologiyanın Fransanın başqa şəhərlərinə də tətbiq edilməsi planlaşdırılır.

Xarici ölkələrdənsə İspaniya, İtaliya, Yunanıstan, ABŞ, Avstraliya, Kanada, Çili, Tayvan və bu həftə Rusiya hekayə avtomatı almaq üçün Fransaya sifariş veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG