Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:50

Alina Kabayeva-nın izi ilə


Alina Kabayeva
Alina Kabayeva

-

Yüngül atletika üzrə Rusiya yığması Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Assosiasiya üzvlərindən 22-si Rusiyanın kənarlaşdırılması lehinə, 1 nəfər isə əleyhinə səs verib. Qərar müvəqqəti xarakter daşıyır və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına şamil olunub-olunmayacağı bilinmir.

Belə bir qərara səbəb isə rusiyalı atletlərlə bağlı antidopinq qaydalarında çoxsaylı pozuntulara yol verilməsi göstərilib.

Ümumdünya Antidopinq Agentliyinin araşdırmasına görə, Rusiya yüngül atletləri arasında dopinqdən istifadə son bir neçə ildə sistematik hal alıb və bu qalmaqalda Federal Təhlükəsizlik Xidmətinin də payı var.

AzadlıqRadiosu ilə söhbətdə amerikalı mütəxəssis bildirib ki, Rusiya öz idmançıları arasında kütləvi təmizləmə aparmalı və peşəkar idmanda dopinq-nəzarət sistemini yenidən qurmalıdır.

ALINA KABAYEVA-DAN BAŞLAYAN QALMAQAL

Rusiyada XXI əsr dopinq qalmaqalının tarixçəsi Alina Kabayeva-dan başlayır. 2001-ci ildə digər məşhur gimnast Irina Tchachina ilə birgə Kabayeva dopinqdən istifadədə ifşa olunub. Kabayeva-nı iki il müddətinə idman yarışlarından kənarlaşdırmışdılar və o, deputat seçilməmişdən öncə böyük idmana qayıtmaq barədə düşünürdü. Amma indi durum fərqlidir, çünki Rusiya artıq təkcə dopinqdən istifadədə yox, beynəlxalq nəzarət orqanlarını aldadan Federal Təhlükəsizlik Xidmətinin başda durduğu bir sistem yaratmaqda ittiham olunur. Bu isə rusiyalı idmançıların birdəfəlik idman yarışlarından kənarlaşdırılmasına gətirib çıxara bilər.

London olimpiadasında 800 metr məsafəyə qaçışda 1-ci və 3–cü yerləri tutan Mariya Savinova və Ekaterina Poistogova. İndi onları ömürlük diskvalifikasiya gözləyə bilər.
London olimpiadasında 800 metr məsafəyə qaçışda 1-ci və 3–cü yerləri tutan Mariya Savinova və Ekaterina Poistogova. İndi onları ömürlük diskvalifikasiya gözləyə bilər.

Bu qalmaqal rusiyalı yüngül atletlərin üzünə 2016-ci il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarının qapısını da bağlaya bilər.

Artıq bu dopinq qalmaqalı beynəlxalq diplomatiyaya da öz təsirini göstərib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zakharova şikayətlənib ki, Moskvanın dəlillərini eşitmək istəyən yoxdur və yalnız Ümumdünya Antidopinq Agentliyinin məlumatları əsas götürülür.

DAHA HANSI ÖLKƏ DOPİNQ ARAŞDIRMASINA HƏDƏF OLA BİLƏR

Siyasəti bir kənara qoysaq, daha hansı ölkələr və hansı idman növləri dopinq araşdırması ilə üz-üzə qala bilər? Mətbuatda tez-tez Keniyanın adı çəkilir. AzadlıqRadiosunun suallarını Filadelfiyadakı Templ Universitetinin idman menecmenti, professor Michael Leeds cavablandırıb.

O deyir ki, indi olimpiya hərəkatları da siyasiləşdiyindən və kommersiyalaşdığından, təəssüf ki, hətta az əhəmiyyətli hallar belə şübhələr üçün əsasa çevrilə bilir. O ki qaldı idman növlərinə:

«İdman növlərinin dopinqə meylinə gəlincə, mən heç birini «tərtəmiz» saymıram. Bircə şahmat istisnadır. Fərqli steroidlər var və onların təsir əhatəsi fərqlidir. Əlbəttə, hər şeydən öncə adamın ağlına ağır atletika gəlir. Steroidlərdən təkcə əzələ kütləsini artırmaq üçün istifadə etmirlər, ondan həm də ağır məşqlərdən sonra orqanizmi tez bir zamanda bərpa etmək və ya dözümlülüyü artırmaq üçün yararlanırlar. Stimulyatorlara hər idman növündə - fiqurlu konki sürmə, beysbol, velosiped və s.-da rast gəlinir».

Olimpiya hərəkatı və Rusiyanın bayraqları.
Olimpiya hərəkatı və Rusiyanın bayraqları.

NİYƏ MƏHZ RUSİYA?

Komissiyada məhz Rusiya və yalnız yüngül atletika məsələsinə baxılması və Rusiya tərəfinin ayrı-seçkilikdən şikayətlənməsi ilə bağlı suala Michael Leeds belə cavab verib:

«Məncə, rusiyalılara sprint və uzununa tullanmada üç qızıl və iki bürünc olimpiya medalı sahibi amerikalı Marion Jones-la bağlı olayı xatırlatmaq yersiz olmaz. O, amerikalıların sevimlisi idi. Şəkilləri şirniyyat qutularının üstünü bəzəyirdi, televiziya ekranlarından düşmürdü. Bir sözlə, ulduz idi. 2007-ci ildə ona qarşı dopinq ittihamında yalan ifadə verdiyinə görə onu həbs etdilər.

Rusiyaya gəlincə, belə bir fikir var ki, atletlər səhlənkarlığın, xüsusən də idman funksionerlərinin səhlənkarlığının güdazına gedib. Əgər ittiham tamamilə öz təsdiqini taparsa, Rusiya peşəkar idmanda dopinq-nəzarət sistemini yenidən qurmalı olacaq. Bu cür yanaşma, mənə görə, tamamilə düzgündür və burada ayrı-seçkilik yoxdur. Rusiyalı yüngül atletlərin yarışmadan bir illik kənarlaşdırılması və bir neçə struktur, kadr dəyişikliyi tələbi tamamilə adekvat addım olardı».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG