Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Plyonkaları sökün! - DYP-dən xəbərdarlıq


Yol polisi.
Yol polisi.

-

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bildirib ki, noyabrın 15-dən sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.

Dövlət standartına görə nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır.

Həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə hər il 1 may tarixindən 15 noyabr tarixinədək icazə verilir.

Yol polisi xəbərdar edir ki, qaydalara əməl etməyən sürücülərə qarşı qanuni tədbir görüləcək.

XS
SM
MD
LG