Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

-

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin oğlu məlumat verib.

Onun dediyinə görə, Elçin Behbudovun səhhəti iki gün əvvəl pisləşib və o, xəstəxanaya yerləşdirilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən hüquq müdafiəçisi gecə saat 01.00 radələrində dünyasını dəyişib.

Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin saxlanma təcridxanasında monitorinqlər keçirməyə müvəffəq olan yeganə yerli hüquq müdafiəçisidir. Elə bu səbəbdən milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən uzaqlaşdırılandan və bir neçə MTN generalının həbsindən sonra yerli mətbuat «MTN işi»ndə Elçin Behbudovun da adının hallandığını yazırdı. Hüquq müdafiəçisi özü isə bu cür məlumatları əsassız sayır, MTN-lə ancaq işgüzar əlaqələrinin olduğunu iddia edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG