Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:13

Dövlət borcu artıb


Dollar
Dollar

-

Azərbaycanın dövlət borcu artıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 1 oktyabra xarici dövlət borcu 6 milyard 730.9 milyon ABŞ dolları (7 milyard 54 milyon manat) var. Bu 1 iyulla müqayisədə 109.7 milyon dollar çoxdur.

Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12.4 faiz təşkil edir. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borcun çoxu 10 ildən sonra ödənilməlidir.

Borc vəsaitlərinin 8%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

BORC ƏSASƏN DOLLARDADIR

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66%, avro – 20.3%, yapon yeni – 2.6%, İslam dinarı – 0.6%, BƏƏ dirhəmi – 0.5%, Səudiyyə rialı – 0.4%, Küveyt dinarı – 0.2%.

Borc əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG