Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00

Gürcüstan prezidenti Georgi Margvelashvili keçmiş prezident Mikheil Saakashvilinin Gücüstan vətəndaşlığından məhrum edilməsi ilə bağlı sərəncam verməyə hazırdır.

“Novosti Qruziya” portalının məlumatına görə, bunu noyabrın 13-də jurnalistlərə dövlət başçısının nümayəndəsi Georgi Kverencikhiladze deyib.

Onun sözlərinə görə, ay ərzində bununla bağlı Ədliyyə nazirliyindən Prezident Administrasiyasına yüzlərlə ərizə daxil olur.

Georgi Kverencikhiladze bildirib ki, Gürcüstan vətəndaşının xarici vətəndaşlıq alması onun ölkə vətəndaşlığından xaric edilməsinə əsas verir.

Məlumata görə Gürcüstanın Ədliyyə Nazirliyi oktyabrın sonlarından Saakashvilinin Ukrayna vətəndaşlığı almasına görə onun Gürcüstan vətəndaşlığından xaric edilməsini götür-qoy edir.

Saakashvili hazırda Ukraynanın Odessa vilayətinin qubernatorudur.

Saakashvili iyunda Ukrayna vətəndaşlığı alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG