Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:08

İraqdakı kürd muxtariyyətinin prezidenti Masud Barzani noyabrın 13-də İraqın şimalındakı Sincar şəhərinin İslam Dövləti qrupundan geri alndığını bəyan edib.

O jurnalistlərlə söhbət zamanı bildirib ki, bunun Mosul şəhərinin də yaraqlılardan geri alınmasında mühümm rol oynayacağını bildirib.

Kürd birləşmələri ABŞ hava qüvvələrinin dəstəyi ilə noyabrın 13-də Sincar şəhərinə girib və şəhərdə bayraq qaldırıblar.

Onlar şəhərə girərkən kiçik müqavimətlə üzləçiblər.

Xeyli vaxt idi ki, İslam Dövləti qrupunun nəzarətində olan bu şəhər Suriyanın Raqa və İraqın Mosul şəhərləri arasında əsas təchizat xəttinin üstündə yerləşir.

İD yaraqlıları Sincarı ötən ilin avqustunda tutublar. Əməliyyat zamanı minlərlə yezidi kürd öldürülüb, on minlərlə adam yaxınlıqdakı dağlara çəkilib.

Hazırda İraq və Suriyanın bir çox əyalətləri İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG