Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:04

İki erməni əsgəri öldürülüb


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

►Ermənistan Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib. Noyabrın 12-də axşam saat 9-da Qarabağdakı hərbi hissələrin birində iki erməni əsgərinin öldürüldüyünü bildirib.

Bunlar 20 yaşlı Vaqe Vanonyan və 19 yaşlı Mikael Torosyandır.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi isə bildirib ki, noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərib.

Bildirilir ki, qarşı tərəfə vurulan atəş zərbəsi nəticəsində Ermənistanın diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.

«Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır» - məlumatda deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG