Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47

-

ABŞ dövlət katibi John Kerry Arif Yunusun həbsdən azad edilməsini müsbət addım sayır.

Dövlət katibinin noyabrın 12-də verdiyi bəyanat Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Bəyanatda deyilir:

«ABŞ Bakı Apellyasiya Məhkəməsinin tarixçi, sülh carçısı Arif Yunus barədə həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə qərarına humanitar yanaşma və pozitiv addım kimi baxır. Ümid edirik ki, Azərbaycan hökuməti ciddi sağlamlıq problemləri olan digər məhbuslara da münasibətdə eyni diqqəti göstərəcək».

Tarixçi-alim Arif Yunus səhhətində yaranan problemlərə görə noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq həbsxanadan buraxılıb.

Bu ilin avqustunda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilat onların hər ikisinin həbsini siyasi motivli sayır.

Leyla Yunusun növbəti məhkəmə prosesi dekabrın 7-dədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG