Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

-

İraqdan gələn xəbərlərə görə, Peşmərgə döyüşçüləri, ABŞ hava zərbələrinin dəstəyi ilə Sincar şəhərinə daxil olub.

Reuters-in müxbiri noyabrın 13-də səhər yüzlərlə kürd döyüşçünün şimaldan Sincar ərazisinə daxil olduğunu görüb.

Bir gün öncə onlar Sincarın müdafiəsini yarıblar.

Sincar Suriyanın Raqa şəhəri ilə İraqın Mosul şəhəri arasında əsas təchizat xəttidir.

İD yaraqlıları Sincarı ötən ilin avqustunda tutublar. Minlərlə yezidi öldürülüb, on minlərlə şəxs yaxınlıqdakı dağlara qaçıb.

XS
SM
MD
LG