Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

-

BBC Britaniya ordusunun zabitinə istinadla yazır ki, “Cihadçı John” dlı britaniyalı silahlının "vurulması ehtimalı böyükdür".

ABŞ rəsmiləri noyabrın 12-də məlumat yayıb ki, ABŞ pilotsuz qurğusu Suriyada bir maşına zərbə endirib. Həmin avtomobildə İslam Dövləti qruplaşmasının “Cohadçı John” ləqəbli cəlladının olduğu güman olunur.

Ancaq britaniyalının hücum zamanı öldüyü dəqiq bəlli deyil. “Cihadçı John” İD-nin bir sıra videolarına qərbli girovların başını kəsir. Əsl adı Mohammed Emwazi-dir.

Ona Raqqa şəhərində zərbə endirilib. Pentaqonun mətbuat katibi Peter Cook deyib ki, rəsmilər hələ də nəticələri tədqiq edir.

Londonda kompüter proqramçısı işləmiş Emwazi Küveytdə iraqlı ailədə doğulub. Valideynləri 1993-cü ildə Britaniyaya köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG