Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:23

Frankfurt-Bakı reysi təxirə salınıb


Təyyarə.
Təyyarə.

-

Almaniyanın «Lufthansa» aviaşirkəti pilotların tətil etməsi ilə əlaqədar noyabrın 13-də Frankfurt-Bakı-Frankfurt reysini təxirə salmalı olub.

Bu barədə «Report»a aviaşirkətin Bakı nümayəndəliyindən məlumat verilib.

Bildirilir ki, bu gün pilotların tətilinin sonuncu günü olduğundan, sabahdan etibarən uçuşlar bərpa olunacaq.

Hazırda Frankfurt, Münhen və Düsseldorf hava limanlarında pilotların tətilləri davam edir. Bununla əlaqədar şirkət 929 aviareysini təxirə salmalı olub.

Həmkarlar ittifaqı şirkətdən tələb edir ki, 19 min əməkdaşı vaxtından əvvəl təqaüdə çıxacaqları halda pensiya ilə təmin etsin.

XS
SM
MD
LG