Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34

-

Birmada müxalifət lideri Aung San Suu Kyi-nin partiyası parlament çoxluğunu qazanıb. Demokratiya uğrunda Milli Liqa (DML) noyabrın 8-də keçirilmiş seçkini udub.

Ölkənin seçki komissiyasının noyabrın 13-də açıqladığı rəqəmlərə görə, Liqa parlamentin hər iki palatasında üçdə ikini qazana bilib.

Parlament yerlərinin 25 faizi orduya məxsusdur. Ancaq DML-nın qələbəsi ona prezident seçmək və digər partiyalarla koalisiyaya getmədən hökumət qurmaq imkanı verir.

Nobel mükafatı laureatı Suu Kyi prezident seçilə bilməz, xuntanın yazdığı konstitusiya bunu qadağan edir. Ancaq o, ölkəni “prezidentdən də yuxarı səviyyədən” idarə edəcəyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG