Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:04

-

Suriya televiziyası noyabrın 12-də Al-Hader şəhərinin tutulduğunu bildirir. Hələb vilayətində yerləşən bu şəhər üsyançıların əlində idi. Bu, Vyana sülh danışıqlarına iki gün qalmış Suriya Ordusunun ikinci böyük qələbəsidir.

İran və şiə Hizbullah hərəkatının dəstəklədiyi hərbçilər Al-Haderə tam nəzarət etdiklərini bildiriblər. 48 sutka öncə ordu Hələbdəki Kweyris hava bazasının mühasirəsini yarmışdı.

Bu şəhər Al-Qaeda-nın Al-Nusra Cəbhəsi və digər islamçı qrupların əlində idi. Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı da rejimin Al-Hader şəhərinə nəzarəti ələ keçirdiyini təsdiqləyib.

Qurum Suriya və Rusiya hərbi təyyarələrinin əraziyə zərbələr endirdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG