Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:18

Yeni ilan tapıldı


İlan.
İlan.

-

Azərbaycanda yeni gürzə növü tapılıb.

Bu barədə AMEA Zoologiya İnstitutu məlumat yayıb. Bildirilir ki, Herpetologiya laboratoriyasının əməkdaşları Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar. Araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

XS
SM
MD
LG