Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

“İD yezidilərə qarşı soyqırım törədib”


İraqdan didərgin düşmüş yəzidi qızı

İraqdan didərgin düşmüş yəzidi qızı

-

İslam Dövləti silahlıları İraq yezidilərinin soyqırımını, digər azlıqlara qarşı hərbi cinayətlər və etnik təmizləmə törədib. Bunu ABŞ-da Holokost Memorial Muzeyi noyabrın 12-də bildirib.

2014-cü ilin iyun və avqust aylarında İD İraqın şimalındakı Nineveh vilayətində xristianlar, yezidilər, türkmənlər və digər azlıqlara qarşı vəhşiliklər həyata keçirib. Bu barədə muzeyin Qətliamların Əngəllənməsi üzrə Simon-Skjodt Mərkəzi hesabat açıqlayıb.

“İnanırıq ki, islam Dövləti yezidi xalqının soyqırımını həyata keçirir,” hesabatda deyilir.

Bu arada İraq kürdləri ABŞ hava qüvvələrinin dəstəyi ilə noyabrın 12-də İraqın şimalındakı Sincar yezidi şəhərinə hücuma başlayıb. İD həmin şəhəri ötən il ələ keçirib.

İD İraq və Suriyada böyük ərazi tutub və yezidilərin “şeytana sitayiş etdiklərini” bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG