Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:52

-

Noyabrın 13-də «AMAY» ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində olan hökmdən apellyasiya şikayətinə dair məhkəmə prosesi davam etdiriləcək.

Oktyabrın 30-da Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış keçirib. Şikayətə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılır.

Apellyasiya Məhkəməsinin ilkin iclasında Abdulla Abdullayev barəsində çıxarılan hökmü “dövlətə xəyanət, hüquqa üsyan” adlandırıb.

Hakim həmin iclasda müdafiə tərəfinin qaldırdığı vəsatətləri qəbul etməyib və elan edib ki, apellyasiya şikayətinə istintaq aparılmadan və əlavə sübutlar tədqiq olunmadan baxılacaq.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. O, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə A.Abdullayev 13 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG