Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Mehman Səlimovun məhkəməsi davam edir


-

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdafiə naziri Səfər Əbiyevin keçmiş müavini Mehman Səlimovun məhkəmə prosesi davam etdiriləcək.

Prosesdə ötən dəfə məhkəməyə gəlməyən şahidlərin dindiriləcəyi gözlənilir.

Mehman Səlimov dövlət pulunu vergidən yayındırmaqda, mənimsəməkdə ittiham olunur. 2006-cı ildən başlayaraq Müdafiə Nazirliyi onun sahibi olduğu “STŞ” MMC ilə müqavilələr bağlayıb. MMC Nazirliyin tabeliyindəki hərbi hissə və hərbi şəhərciklərdə tikinti və təmir işləri aparırmış. Lakin ötən il istintaq orqanı ayrılmış pulların MMC tərəfindən mənimsənildiyini müəyyən edib.

Mehman Səlimov ittihamları qəbul etmir. Həbsinin səbəbini bu il MTN-də keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı tələb olunan izahatları yazmaması ilə əlaqələndirir.

Bu iş üzrə məhkəmə proseslərində tez-tez keçmiş Müdafiə naziri Səfər Əbiyevin adı hallanır. Amma hələlik nə keçmiş nazirin özü, nə də təmsilçisi səslənən ittihamlarla hər hansı formada reaksiya vermirlər.

XS
SM
MD
LG