Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

Rusiyadan dopinq etirafı


Prezident Putin Soçidə idman mərkəzində, 11 noyabr, 2015-ci il

Prezident Putin Soçidə idman mərkəzində, 11 noyabr, 2015-ci il

-

Noyabrın 12-də Rusiya ümumdünya atletlər qurumuna dopinq ittihamlarına rəsmi cavabını təqdim edib. Rusiya bəzi ittihamları etiraf etsə də, digərlərini mübahisələndirib.

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) noyabrın 13-də keçirəcəyi fövqəladə toplantıda bəzi atletlərin medallarını almağı müzakirə edəcək. Belə bir qadağa olsa, Rusiya yüngül atletləri gələn il Rio de Janeyro olimpiadasına buraxılmaya bilər.

Ümumdünya Antidopinq Agentliyi bu həftə tövsiyə edib ki, Rusiya yüngül atletlərinə qadağa qoyulsun, belə ki, onlar dopinqdən “gen-bol” istifadə ediblər, dopinq testlərini əngəlləyiblər.

Rusiya Atletika Federasiyasının (VFLA) rəhbəri Vadim Zelichenok deyib ki, başçılıq etdiyi qurum ittihamların bəziləri ilə razıdır, ancaq digərlərini mübahisələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG