Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

-

Bakının Binəqədi rayonunda yol çöküb.

APA-nın məlumatına görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağrılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Həmin şəxs heç bir xəsarət almayıb.

Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

"Azəryolservis" ASC kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlayıb. Daha sonra yolun bərpası istiqamətində işlər aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG