Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Ukrayna parlamenti Krım tatarlarının 1944-cü ildə kütləvi sürgününün soyqırım olması barədə qətnamə qəbul edib.

Noyabrın 12-də qəbul edilən sənəddə həmçinin mayın 18-də Ukraynada sürgün qurbanların xatirəsi günü kimi qeyd edilməsi nəzərdə tutulur.

Krım tatarları uzun illər bu sürgünün soyqırım kimi qəbul edilməsi ilə bağlı Ukrayna hakimiyyətinə təzyiq edirdilər.

Keçmiş Sovet dikdatoru Stalin 1944-cü il mayın 18-də yerli xalq olan Krım tatarlarını kütləvi Orta Asiya və Sibirə sürgün edib.

Stalin rejimi hesab edirdi ki, onlar ikinci dünya müharibəsi zamanı guya Nasist Almaniyası ilə əməkdaşlq edirmişlər.

Həmin illərdə 180 mindən çox Krım tatarı sürgün edilib.

Ukrayna hakimiyyəti 1980-ci illərdə onların vətənə dönməsinə icazə verib.

Krım tatarlarının əksəriyyəti yarımadanın Rusiya tərəfindən ilhaq edilməsinə qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG