Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:46

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, amma gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.

Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi, amma gecə və axşam saatlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG