Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:14

Mirzə Sakitə 12 min avro ödənməlidir


Mirzə Sakit
Mirzə Sakit

-

Avropa İnsan Haqları Məhkəməsinin Palatası «Azadlıq» qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb.

APA-nın məlumatına görə, məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib.

Məhkəmə Azərbaycanın üzərinə 9000 avro dəyərində mənəvi və 3048 avro dəyərində digər xərclər üçün təzminat ödəmək öhdəliyi qoyub.

Sakit Zahidov «Mirzə Sakit» imzası ilə satirik şeirlər müəllifi kimi tanınır. O, şeirlərində siyasi hakimiyyəti tənqid edirdi.

2006-cı il iyunun 23-də qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il həbs cəzası almışdı.

Cəzasının başa çatmasına 90 gün qalmış Milli Məclisin qəbul etdiyi amnistiya aktına əsasən, azadlığa buraxılmışdı.

S.Zahidov hazırda Belçikada yaşayır.

XS
SM
MD
LG