Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:34

Həbsdə olan jurnalist Rauf Mirqədirova dəstək üçün imzatoplama aksiyası başlayıb

Avaaz.org saytında “Rauf Mirqədirovu azad etməyə çağırırıq!” müraciəti ilə kampaniya başlayıb.

Kampaniya Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşəbbüsü ilə keçirilir.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub, dərhalda həbs edilib.

O dövlətə xəyanətdə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir və həbsin onun fəaliyyəti ilə bağlı olduğunu deyir.

O Milli Təhlükəsizlik Nazirliyində saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG