Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:41

-

«Azərbaycan Hava Yolları» QSC (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10% endirim elan edir.

«Azərbaycan Hava Yolları» QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda belə deyilir.

Bu endirim 25 yaşa kimi olan tələbələr üçün «Azərbaycan Hava Yolları»nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir.

Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.

Çoxsaylı tənqidlərdən sonra AZAL avqustun 1-dən bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG