Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30

Müxalifətçi 21 il sonra azadlıqda


-

Özbəkistanda tanınmış müxalifət xadimi Murod Juraev 21 ildən sonra həbsdən buraxılıb.

Daşkənddə mənzillənən Ezgulik insan haqları mərkəzi AzadlıqRadiosuna bildirib ki, Juraev noyabrın 12-də təcridxanadan azad olunub.

63 yaşlı etnik türkmən olan Juraev 1991-92-ci illərdə deputat olub.

1994-cü ildə hökumət çevrilişi planlaşdırmaqda təqsirli bilinərək məhkum olunub.

Tərəfdarları onun həbsinin siyasi motivli olduğunu bildirib. Əvvəlcə 12 illik həbs cəzası alsa da, sonradan məhkumluğu azı 4 dəfə uzadılıb.

İki həftə öncə ABŞ Dövlət katibi John Kerry Daşkənddə prezident Islam Karimov-la görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG