Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:25

Sabiq deputatın oğlu ilə bağlı qərar verildi


Hakim
Hakim

-

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseyn barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesində qərar elan edilib. Qərara əsasən, Şaiq Hüseynin 10 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin icra məmuru olmuş Şaiq Hüseyn 2014-cü ilin aprel ayında həbs edilib. O, Sabunçu rayon, Bakıxanov qəsəbə sakini Şölə Səfərovanın şikayəti əsasında saxlanılıb. Şikayətçi bildirib ki, həbsdə olan qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə Xətai rayon şöbəsində məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Ş.Hüseyn ilə tanış olub. Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və 70 min manat pul alıb. Lakin üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dediklərinə əməl etməyib. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.

XS
SM
MD
LG