Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:59

-

Facebook-a avqust ayında canlı yayım xüsusiyyəti əlavə olundu. Buna qədər canlı yayım ancaq Meerkat, Periscope kimi digər proqramlarda mümkün idi.

Facebook rəqibləriylə ayaqlaşmaq üçün özünün canlı yayım xüsusiyyətini təkmilləşdirib. İndi «Mentions» bölməsi vasitəsilə canlı yayımı ancaq hesabı təsdiqlənmiş istifadəçilər istifadə edə bilərlər.

Artıq yeni abunəlik bölməsi əlavə olunub. İstifadəçi abunə olub izlədiyi birisi canlı yayıma başladıqda, Periscope-da olduğu kimi, bildiriş (notification) alır.

Yeniliklərdən biri də budur ki, canlı yayım bitdikdən sonra videosu avtomatik olaraq istifadəçinin səhifəsində saxlanılır.

Facebook-un gələcəkdə adi istifadəçilərə də canlı yayım imkanı verəcəyi gözlənilir.

Şərhləri göstər

XS
SM
MD
LG