Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:36

-

İran maşın istehsalı, kənd təsərrüfatı və aviasiya sahəsində Fransayla ticarəti bərpa etmək istəyir. Bunu İran prezidenti Hassan Rohani noyabrın 11-də Avropa xəbər mediasına bildirib.

Rohani France 2 televiziyasına və Europe 1 radiosuna deyib ki, protokol razılaşmaları onun gələn həftə Parisə səfəri zamanı imzalanacaq və bu sənədlər bərpa olunan ticarətin “əsasını təşkil edəcək”.

Müsahibə yayımlanmamışdan öncə AP və AFP agentlikləri mətnlə tanış olub.

Rohani-nin sözlərinə görə, İran aerobus təyyarələri almaq saziş imzalayacaq. “Bu gün artıq Airbus və Boeing təyyarələrindən istifadə edirik,” o, deyib.

İran köhnəlmiş təyyarələrini yeniləməyə çalışır. İndiyədək Qərbin sanksiyaları ucbatından hətta ehtiyat hissələri dəyişmək belə çətin olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG