Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

Qərb Rusiyanın planından danışır


Suriyalılar oktyabrın 30-da keçirilən danışıqlara etiraz edirlər

Suriyalılar oktyabrın 30-da keçirilən danışıqlara etiraz edirlər

-

Qərb və Körfəz ölkələri Rusiyanın Suriyada sülh və islahat planı barədə deyir ki, bu plan bu həftəsonu Vyana danışıqlarının əsasını təşkil etməyəcək.

“Rusiyanın təkliflərindən xəbərimiz var,” Britaniyanın səfiri Matthew Rycroft noyabrın 11-də BMT-də jurnalistlərə deyib. “Səkkiz bəndlik plan Vyana danışıqlarının əsasını təşkil etmir”.

Rusiyalı diplomatlar vurğulayıb ki, plan Moskvanın “baxışlarını” və “ideyalarını” əks etdirir və Rusiya alternativ təkliflərə açıqdır.

Rusiyanın planını AP və Reuters görüb. Planda Suriyanın yeni konstitusiyasının hazırlanması və erkən prezident seçkisi keçirilməsi nəzərdə tutulur. Ancaq prezident Bashar al-Assad-ın keçid dövründə vəzifədən getməsi barədə bir söz yoxdur. Bu, danışıqlarda Qərbin və Körfəz ölkələrinin əsas tələbidir. Bəzi Qərb diplomatları da Rusiyanın planını bu məqama görə qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG