Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:55

Şəki cəbhəçilərinə 4 sutka həbs


Şəki Şəhər Məhkəməsinda noyabrın 11-də axşam saat 23.00 radələrində Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov barədə həbs qərarı çıxarılıb.

Şəki Şəhər Məhkəməsinda noyabrın 11-də axşam saat 23.00 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç yerli fəalı - Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov barədə qərar çıxarılıb.

Qərara əsasən, AXCP üzvlərinin hər birinə 4 sutka inzibati həbs cəzası verilib. Onlar noyabrın 10-da həbs edilmişdilər.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verərək bildirib ki, cəbhəçilər İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi üzrə təqsirli biliniblər.

Gözəl Bayramlının sözlərinə görə, AXCP üzvləri məhkəmədə özlərini təqsirli bilməyiblər və ittihamın saxta olduğunu deyiblər.

Elə AXCP sədrinin müavini də onların Şəkidə siyasi fəallıqlarına görə cəzalandırıldığını hesab edir: "Bu cəbhəçilər sosial şəbəkələrdə tənqidi statuslar yazırdılar. Prezidentin səfəri ərəfəsində Facebook-da Şəkidəki bərbad vəziyyət barədə tənqidi fikirlərini, şəkilləri paylaşmışdılar".

Qeyd edək ki, Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov noyabrın 10-da axşam çayxanadan aparılıblar.

XS
SM
MD
LG