Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

Əfqanıstan prezidenti Ashraf Ghani televiziya ilə müraciətində xalqı birliyə çağırıb.

Etnik Xəzərlər (Hazarlar) tayfasına mənsub 7 nəfərin başının kəsilməsi Kabildə etiraz aksiyasına səbəb olub.

Polis prezident sarayının divarlarını aşmağa cəhd gstərən kütləni dağıtmaq üçün havaya xəbərdarlıq atəşləri açıb.

Aksiyada minlərlə adam iştirak edib.

Səhiyyə nazirliyi toqquşmalarda azı 7 nəfərin xəsarət aldığını xəbər verir.

Prezident Ghani bu qətlləri Əfqanıstan üçün faciə adlandırıb vəbuna görə Əfqanıstanın düşmənlərini günahlandırıb.

O cinayətkarların cəzalandırılacağını vəd edib.

Onların qətlində islamçı yaraqlılar günahlandırılır.

Etirazçılar təhlükəsialiyi təmin edə biləcək yeni həkumət yaratmağa çağırıblar.

Taliban və İslam Dövləti qrupuna ölüm şüarları səsləndirən etirazşılar həmçinin Ashraf Ghani və əsas dövlət icraçıcəAbdullah Abdullahın istefasını tələb ediblər.

Noyabrın 7-də Zabul əyalərində 4 kişi, 2 qadın və 1 uşağın cəsədi aşkar edilib.

Son günlər bu əyalətdə rəqib əfqan fraksiyaları arasında döyüş gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG