Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:23

Güllələnən çar ailəsinin qalıqları - DNT analizi nə deyir?


II Nikolayın ailəsi, 1913
II Nikolayın ailəsi, 1913

►Sonuncu rus çarı II Nikolayın qalıqları üzərində aparılmış DNT analizi onların həqiqi olduğunu təsdiq edib.

Pravoslav kilsəsi və çar nəslindən olan bəzi şəxslər bu vaxta qədər 1918-ci ildə bolşeviklər tərəfindən güllələnərək əyalət şəhəri olan Yekaterinburqda tələm-tələsik basdırılmış II Nikolay, arvadı və beş uşağının qalıqları ilə bağlı mübahisən davam etdirirlər.

Çarın qalıqlarının ekshumasiyası məhz bu mübahisəyə son qoymaq üçün həyata keçirilib.

Analizlər bitəndən sonra ailənin bütün ayinlərə əməl olunmaqla dəfn edilməsi mümkün ola bilər.

Kilsə bütün öldürülmüş Romanovları müqəddəs elan etsə də, onlardan heç birinin qalıqlarını tanımayıb.

Nikolayın varisi Alexei və qızı Marianın 2007-ci ildə tapılmış qalıqları hələ də basdırılmayıb və Dövlət Arxivində saxlanmaqdadır.

Buna da bax: Rüşvət alan şöbə rəisinə - 8 il

Rusiya hökuməti budəfəki DNT analizlərini kilsənin xahişi ilə sifariş verib. Üstəlik bu dəfə kilsəyə imkan yaradılıb ki, prosesə yaxından nəzarət edə bilsin.

Nikolayın arvadı Alexandranın kəllə sümüyünün analizi Britaniya kraliçası Viktoriyanın nəslindən olan insanların DNT-si ilə üst-üstə düşüb. Alexandra Kraliça Victorianın nəvəsi idi.

Mütəxəssislər II Nikolayın atası çar III Aleksandrın da qalıqlarının ekshumasiyasını həyata keçirməyi planlaşdırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG