Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:26

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı 2 avtomobilin toqquşması nəticəsində Tovuz rayon Əlibəyli kənd sakini Mahir Cəfərov ölüb, Tovuz rayon Aşağı Quşçu kənd sakinləri Sərdar Rüstəmiov və Seymur Qasımov isə müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG