Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:15

Suriya müxalifəti noyabrın 11-də Suriya münaqişəsinin həlli ilə bağlı Rusiyanın təklifini rədd edib.

Müxalifətin nümayəndələri hesab edir ki, Moskvanın məqsədi prezident Bashar Assadı hakimiyyətdə saxlamaq və bütün fərqli düşünənləri ondan kənarlaşdırmaqdır.

Reutersin məlumatına görə, Moskva Suriya hökuməti ilə müxalifətə 18 ay ərzində konstitusiya islahatlarına başlanması ilə bağlı razılığa gəlməyi, bundan sonra isə Bashar Assadın iştirakı ilə vaxtındanəvvəl prezident seçkisi keçirilməsini təklif edib.

Rusiya ilə İran Suriya münaqişəsində Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Rusiya sentyabrın 30-dan Suriyada hava zərbələrinə başlayıb.

Moskva əsas hədəfin İslam Dövləti qrupy, Qərb isə üsyançılar olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG