Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

►"Bəzi tənqidçilər ölkədə son terror dalğasını Erdogan-ın daha çox səs qazanmaq üçün qurduğu plan sandı. Tərəfdarları isə, əksinə, bunu prezidentə qarşı sui-qəsd planı adlandırdılar."

Qərb mediasının icmalı

DOPİNQ VƏ RÜŞVƏT

“Wall Street Journal” yazır ki, Rusiya prezidenti Vladimir Putin prezidentliyinin böyük hissəsini Sovetlər Birliyini geri qaytarmaq işinə həsr edib – ya ölkələri işğal edib, ya dissidentləri həbsxanaya göndərib, ya da qlobal təbliğat aparatı yaradıb.

Ona görə də başçılıq etdiyi rejimin idman sahəsində də Soyuq Müharibə dövrünə qayıtması sürpriz deyil.

Bugünlərdə Ümumdünya Antidopinq Agentliyi hesabatında bildirib ki, atletlərinin müsbət dopinq testlərini ört-basdır etmək üçün Rusiya rüşvətə əl atıb. Təbii ki, Rusiya rəsmiləri dərhal bunu yalanlayıblar.

“Wall Street Journal” xatırladır ki, 1986-cı ildə Sovet İttifaqının ağırlıqqaldırma federasiyasının sədri Yuri Vlasov atletlərinin xüsusi yoxlanmasını pisləmişdi.

“Sonucda dopinq qəbul etmiş atletlər siyasi liderlərinin milli şöhrət hərisliyi yolunda mənəvi və fiziki bədəl ödəyirlər. Elə bu səbəb rusiyalıların Rio oyunlarına buraxılmaması üçün yetərlidir”.

Buna da bax: Rüşvət alan şöbə rəisinə - 8 il

QAÇQINLAR, POPULİZM VƏ BORC

“Avropa Birliyi bir neçə böhranın içində çabalayır. Onu qaçqın böhranı, Mərkəzi Avropada millətçi populizmin yüksəlişi, yaxud illərdir Yunanıstanı çulğamış borc böhranı parçalaya bilər.

AB-nin problemi liderliyin olmamasıdır. Nə Angela Merkel, nə də başqa bir nüfuzlu Avropa lideri şərqə doğru gələcək genişlənməyə prioritet kimi baxmayıb.

Ancaq bütün bu böhranların riski AB-nin qonşularına, özəlliklə, Ukraynaya təsir göstərəcək”. Bunu isə “Financial Times”da oxuyuruq.

Bu yaxınlarda Almaniyanın vitse-kansleri Sigmar Gabriel məhz ikitərəfli iqtisadi münasibətlərin müzakirəsi məqsədilə Moskvaya səfər edib.

Fransanın keçmiş prezidenti Nicolas Sarkozy-nin səfəri də indiki sanksiyalar rejimini yüngülləşdirmək istəyən güclü iqtisadi maraqlara cavab idi”.

“Ancaq AB sırf “Avropa qalası” yolunu seçsə, gələcək genişlənmə perspektivləri siyasi fantaziyadan başqa bir şey olmayacaq, Ukrayna və digər ölkələr isə “tramvay altında qalacaq”. Bu ilin mayında Riqa sammitində "Şərq Tərəfdaşlığı"na daxil ölkələrin üzvlüyü üçün qəti qrafik müəyyənləşmədi. Moldovada AB-yönlü koalisiya təzəlikcə iflasa uğrayıb. Ukraynada da Maydandan sonra ortaya çıxan fərqli siyasət pəncərəsi bağlanıb”.

“AB-nin problemi liderliyin olmamasıdır. Nə Angela Merkel, nə də başqa bir nüfuzlu Avropa lideri şərqə doğru gələcək genişlənməyə prioritet kimi baxmayıb. Avropa institutları bunu sırf texniki məşq sayıblar, AB-yə üzvlüyün Şərqi Avropa cəmiyyətlərinə, iqtisadiyyatına və siyasi sistemlərimə dərin təsirini qiymətləndirməyiblər”.

Buna da bax: Güllələnən çar ailəsinin qalıqları - DNT analizi nə deyir?

AKP 2023-cü ilədək hakimiyyətdə qalacaq?

Recep Tayyip Erdogan

Recep Tayyip Erdogan

“The New York Times” yazır ki, Türkiyədə hakim AKP-nin qələbəsini heç kim gözləmirdi.

“AKP iyunda 40.8 faiz səs toplayandan sonra, beş ay içində 49.5 faizə necə yüksəldi?

AKP iyunda 40.8 faiz səs toplayandan sonra, beş ay içində 49.5 faizə necə yüksəldi?

Müstəqil müşahidəçilər heç bir saxtakarlıq aşkarlamayıblar axı. Bir cavab elektoratın “sabitlik” sarıdan narahatlığıdır. İyunda bəzi tərəfdarları AKP-ni cəzalandırmaq istədi, ancaq tezliklə ölkədə sabitsizlik yaranar deyə narahat olmağa başladılar”.

Bəzi tənqidçilər ölkədə son terror dalğasını Erdogan-ın daha çox səs qazanmaq üçün qurduğu plan sandı. Tərəfdarları isə, əksinə, bunu prezidentə qarşı sui-qəsd planı adlandırdılar. İstənilən halda, hökumət bu xaosdan öz təbliğat məqsədləri üçün istifadə etməyi bacardı.

“İndi əsas məsələ odur ki, AKP-nin dominantlığı müvəqqəti fenomendir və ya davamlı inqilab? 2007-ci ildən bəri AKP-yə dəstək 40-50 faiz arasında dəyişib. Növbəti illərdə bunun dəyişəcəyini gözləməyə səbəb yoxdur.

Həm prezident, həm də parlament seçkiləri 2019-cu ildə keçiriləcək və indiki şərait Erdogan-ın və partiyasının asanlıqla qələbə qazanacağını göstərir. Görünür, onlar 2023-cü ilədək Türkiyə Respublikasında hakimiyyəti saxlayacaqlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG