Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:13

Kosovonun Konstitusiya məhkəməsi noyabrın 11-də əyalətin serb rayonlarına daha böyük səlahiyyət verilməsi ilə bağlı Serbiya ilə imzalanmış razılaşmanı dayandırıb.

Bu razılaşmaya qarşı çıxan müxalifət iki ay idi ki, kütləvi etirazlar keçirirdi.

Prezident Atifete Jahjaga gərginliyin müvəqqəti azaldılması ilə bağlı razılaşmanın müvəqqəti dayandırılmasını xahiş eləmişdi.

Bu razılaşmanın ləğv edilməsini tələb edən müxalif olan deputatlar dəfələrlə zala gözyaşardıcı qaz buraxaraq Parlamentin iclasını pozublar.

Müxalifət həmçinin sərhədlərin yenidən təyin edilməsi ilə bağlı Montenegro ilə razılaşmanın ləğvini tələb edirlər.

Bu razılaşmalar parlamentin təsdiqi olmadan qüvvəyə minə bilməz.

Serbiyanın xarici işlər naziri İvica Dacic bildirib ki, bu qərar Brüsseldə əldə edilmiş razılaşmanın kobud şəkildə pozulması deməkdir və regionda sabitliyə təhlükədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG