Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

-
Noyabr 13-də saat 11:00-də ABŞ-ın Azərbaycandakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirəcək.

Bu haqda səfirliyin Facebook səhifəsində məlumat yayılıb.

Auksionda 9 avtomobil satışa çıxarılacaq. Satış üçün ilkin məbləğ 500 ABŞ dolları müəyyən edilib.

Avtomobillərə baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkün olacaq. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malları dəyəri dərhal ödənilməlidir.

Auksion Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) təşkil olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG