Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:35

-

Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşı Mobil Süleymanovun məhkəməsi başa çatıb. Hakim Faiq Qəniyev keçmiş polis işçisinə 7 il həbs cəzası təyin edib.

Mobil Süleymanov DİN Baş Mühafizə İdarəsinin əməkdaşı olub. O, dələduzluqda ittiham olunurdu.

Məhkəmə zərərçəkmiş qismində Bakı sakinləri Qəşəm Əliyevi və Almaz Zeynalovanı dindirib. Həmin şəxslər yaxınlarını Baş Mühafizə İdarəsinə işə düzəltməsi üçün Mobil Süleymanova 14 min manat verdiklərini deyiblər.

Mobil Süleymanov ittihamları qəbul edib. Hər iki şəxsin pulunu elə məhkəmə dövründə qaytarıb. Buna baxmayaraq, məhkəmə onu 7 il 6 aylıq həbs cəzasına məhkum edib. Mobil Süleymanov hökmlə razılaşmayıb və hökmdən apellyasiya şikayəti verəcəyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG