Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:28

-

Sabunçu rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Elgiz Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Anar Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə E.Sadıqova 2 il şərti cəza verilib.

İttihama görə, Elgiz Sadıqovun üzərindən 5,32 qram, maşınından isə 1 kiloqram 505 qram marixuana aşkar edilib. Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Elgiz Sadıqov Musavat Partiyasının keçmiş üzvü Əlövsət Sadıqlının oğlu, Almaniyada mühacirətdə olan Tural Sadıqlının qardaşıdır. O, bu ilin fevral ayının 12-də həbs olunmuşdu. Bakı Apellyasiya Məhkəməsi Elgiz Sadıqovun həbsini ev dustaqlığı ilə əvəz etmişdi.

Əlövsət Sadıqlı oğluna şər atıldığını, Almaniyada yaşayan digər oğlunun siyasi fəaliyyətinə görə hakimiyyət tərəfindən cəzalandırıldıqlarını deyir.

Bir müddət öncə o özü də polisə müqavimət ittihamı ilə məhkəməyə aparılsa da, sonradan bəraət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG