Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Seçki komissiyasının sədri xəstəxanaya düşdü


Təcili tibbi yardım maşını.

Təcili tibbi yardım maşını.

-

35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasının (DSK) sədri İmran Hüseynəliyev xəstəxanaya düşüb.

Report-un xəbərinə görə, o, DSK-da keçirilən iclasdan sonra Seçki Dairəsinin inzibati binasından çıxarkən özünü pis hiss edərək yıxılıb.

İ.Hüseynəliyev təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Həkim müayinəsi zamanı DSK sədrinin aldığı xəsarətlərin ciddi olmadığı məlum olub. Ona lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilkin qalib sayılır. İlkin nəticələrə əsasən, o, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadəni qabaqlayıb.

Ancaq bu dairənin düz 6 məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.
İqbal Ağazadə səsvermə günü bu dairədə ciddi saxtakarlıqlara yol verildiyini iddia edir. Araz Əlizadə isə bu iddiaları əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG